ERMƏNİSTANIN I AVROPA OYUNLARINDA İŞTİRAKI MÜZAKİRƏ OLUNACAQ.
16.08.2014 1500 0.0 0
Patrik Xikki Avropanın 49 ölkəsinin hamısının Avropa Oyunlarında iştirakını təmin etmək istəyir

 

Avropa Olimpiya Komitəsinin və İrlandiya Olimpiya Komitəsinin prezidenti Patrik Xikki 11-14 oktyabr tarixlərində Ermənistana səfər edəcək.

 

APA-nın “insidethegames.biz” saytına istinadən verdiyi məlumata görə, Patrik Xikkin rəhbərlik edəcəyi nümayəndə heyətinin Ermənistan Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə keçiriləcək görüşündə Ermənistan idmançılarının 2015-ci il 12-28 iyun tarixlərində Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirakı məsələsi müzakirə ediləcək.

 

P. Xikkin vəzifəsi bütün Avropa ölkələrinin I Avropa Oyunlarında iştirakını təmin etməkdir.

 

O bildirib ki, Avropanın 49 ölkəsinin hamısının I Avropa Oyunlarında iştirakını təmin etmək istəyirlər və bütün ölkələrin bu turnirdə təmsil olunacağına əmindir. 


Teqlər:ERMƏNİSTANIN I AVROPA OYUNLARIND İŞ

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar