İŞİD ABŞ TƏYYARƏSİNİ VURMASI HAQDA MƏLUMAT YAYDI
24.12.2014 722 0.0 0

İŞİD Rakkada koalisiya təyyarəsini vurduğunu bəyan etdi


İŞİD Suriyanın Rakka şəhərində ABŞ rəhbərliyi altında olan koalisiya qüvvələrinə  aid bir təyyarənin vurduğunu iddia edib.

 

Qazeta.info AA-ya istinadən bildirir ki ,IŞİD-ə yaxın internet saytında yer alan xəbərdə, "ABŞ rəhbərliyi altında olan koalisiya qüvvələrinə bir təyyarənin İŞİd tərəfindən vurulduğu və pilotunun əsir alındığı" haqda məlumat yayılıb.

Xəbərdə, pilotun Muaz əl-Kesebise adlı İordaniya əsilli bir baş leytenant olduğu ifadə ediib.

Digər tərəfdən yaxınlıqda yaşayan yerli sakinlər də, Rakka şəhərinin şərqindəki Rakka es-Semra yaşayış məntəqəsi yaxınlığında  bir təyyarənin hündürlükdə itirdiyini və pilotun paraşütlə atladığını bildiriblər.

Suriyalı aktivist Əhməd Yasin isə ABŞ liderliyindəki koalisiya güclərinə aid hədəf alınan təyyarənin, şəhərin üzərində alçaq uçuş etdiyi sırada düşdüyünü söyləyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar