DAVUDOĞLU İSRAİLİN HƏRƏKƏTİNƏ SƏRT REAKSYA VERDİ
06.11.2014 1386 0.0 0

Türkiyə Baş naziri Əhməd Davudoğlu, Türkiyənin MİT Müstəşarlığında brifinq keçirib. MİT-dəki brifinqdə açıqlama verən Baş nazir Davudoğlu, İsrailin ƏL-Əqsa Məscidinə etdiyi hücumuyla əlaqədar "İsrail əsgərinin ƏL-Əqsa Məscidinə girməsi tam bir barbarlıqdır. İnsanlığın ən müqəddəs məkanlarından birinə edilən bu hücum ən sərt şəkildə qarşılıq almalıdır" deyə bildirib.

Daha sonra O,"Türkiyə olaraq bu halı şiddətlə qınayırıq. beynəlxalq sahədə də lazım olan hər cür təşəbbüs alaraq, İsrailin bu mövqeyi qarşısında beynəlxalq cəmiyyətin ən aktiv cavabı verməsi üçün də lazımlı işlərdə görəcəyik "deyə  qeyd edib. 

Xatırladaq ki, bu gün İsrail gücləri səhər saatlarında İslamın ilk qibləsi olan Əl-Əqsa məscidində qan töküb.

Qüdsdə yerləşən və Məhəmməd peyğəmbərin Meraca yüksəldiyi məscidə səhərə yaxın 100 yəhudi daxil olub. Məsciddə ibadət edən müsəlmanlar onların daxil olmasına etiraz ediblər. İsrail əsgərləri fələstinlilərin üzərinə plastik güllə, səs və qaz bombaları ilə hücum ediblər.

Nəticədə 27 adam yaralanıb .Sonra hadisə Fələsinin məsçidə yaxın ərazilərindəki yaşayış məhəllələrinə sıçrayıb.Nəticədə Avtomobilini piyadaların üzərinə sürərək 10 adamın yaralanmasına səbəb olan sürücü İsrail polisi tərəfindən vurularaq öldürülüb.

 

 


Teqlər:DAVUDOĞLU İSRAİLİN HƏRƏKƏTİNƏ SƏRT

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar