OBAMA KUBA İLƏ DİPLOMATİK MÜNASİBƏTLƏRİN BƏRPASINI BƏYAN ETDİ
18.12.2014 860 0.0 0
ABŞ prezidenti Barak Obama rəsmi olaraq Kuba ilə diplomatik və iqtisadi münasibətlərin bərpasını bəyan edib.

 

“Gazeta.ru”-nun verdiyi məlumata görə, dövlət başçısı qeyd edib ki, bu, son 50 il ərzində ABŞ-ın xarici siyasətində ən əhəmiyyətli dəyişiklikdi.

 

Bundan əvvəl ABŞ administrasiyasının rəsmisi xüsusi brifinqdə  Kuba ilə diplomatik münasibətlərin bərpa ediləcəyini bildirmişdi. Öz növbəsində, rəsmi Moskva bu addımı alqışlayıb. “Biz bu niyyətlər barədə məlumatlandırılmışdıq və bu addımı yalnız alqışlaya bilərik”, deyə diplomatik mənbə bildirib.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar