DİNLƏMƏ QALMAQALI BÖYÜYÜR
19.08.2014 1322 0.0 0

Son günlər gündəmə gələn məlum dinləmə hadisəsindən dolayı bir neçə Türkiyə hökumətinin nümayəndələri  rəsmi açıqlamalar verib.Türkiyə Xarici işlər naziri Əhməd Davudoğlu  'Türkiyəni kəşfiyyat fəaliyyətlərində bir hədəf olaraq görmək müttəfiqlik əlaqəsiylə uyğun gəlməz. Təmin edici bir izahat gözləyirik " deyə Almaniya rəsmi strukturlarına səslənib. 

Xarici işlər naziri Davudoğlunun, Alman kəşfiyyatının Türkiyəni dinlədiyi  iddialarla əlaqədar şərhlərində: "Heç bir ölkə Türkiyəni kəşfiyyat fəaliyyətləri baxımından hədəf ölkə nöqtəsində görə bilməz. Hələ bu Almaniya kimi tarixi arxa plana sahib dostluq əlaqələrimizin olduğu ölkə olsa bunu qəbul etmək mümkün deyil "
"Ən geniş əhatəli və təmin edici bir izahat gözləyirik" "Türkiyə, Almaniya ilə digər müttəfiq ölkələrdə olduğu kimi kəşfiyyat əməkdaşlıq edər amma Türkiyəni kəşfiyyat fəaliyyətlərinə bir hədəf halında görmək müttəfiqlik əlaqəsiylə uyğun gəlməz" deyə açıqlam verib.

Xatırladaq ki,Alman '' Der Spiegel '' jurnalının xəbərində, Almaniyanın Xarici Kəşfiyyat Xidmətinin (BND), NATO partnyoru Türkiyəni izlədiyi açıqlanmışdı. Xəbərdə daha sonra , Alman hökumətinin ABŞ rəsmisi Con Kerrinin,BMT-nin keçmiş baş katibi Kofi Annan və ABŞ-ın keçmiş xarici işlər naziri Hillari Klintonun da danışıqlarının dinləndi haqda məlumatlar dərc edilib.


Teqlər:DİNLƏMƏ QALMAQALI BÖYÜYÜR

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar