UŞAQ BAĞÇALARINDA QİDALANMA ARAŞDIRILDI
02.11.2014 1195 0.0 0

2013-2014-ci illər ərzində Bakıdakı 70 bağçada yoxlamalar aparılıb. Maraqlısı odur ki, yoxlama zamanı 70 bağçanın hər birində irili-xırdalı nöqsanlar aşkarlanıb. 17 bağçada isə ciddi nöqsan olub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) bildirilib ki, Bakıda ümumilikdə 345 məktəbəqədər müəssisə fəaliyyət göstərir ki, və burada 36.977 uşaq təlim- tərbiyə alır. Demək bu bağçaların da içində nöqsan olan müəssilərin olması istisna deyil.

Bağçalarda qidanın keyfiyyətinə nəzarət Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən həyata keçirilir. 

Ümumiyyətlə ümumtəhsil müəssisələrində Səhiyyə Nazirliyi və bu sahə üzrə digər qurumların razılaşması ilə tədbiq edilən menyulardan istifadə olunur. Həmin standartlarda uşaqlara faydalı və zərərli qidaların adları qeyd olunub.Bu qidalar uşaqların orqanizminin inkişafına uyğun keyfiyyətli və təhlükəsiz qidalardır.

Ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısını sizə təqdim edirik:

1. İstifadə müddəti bitmiş və aşağı keyfiyyətli qida məhsulu.
2. Bir gün əvvəl hazırlanmış qida. 
3. Xarab olma əlamətləri ilə meyvə-tərəvəz məhsulları.
4. Baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsulları.
5. İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla) .
6. İçalatı təmizlənməmiş quş.
7. Vəhşi heyvanların əti.
8. Suda üzən quşların yumurtası və əti 
9. Qabığı çirklənmiş yumurta, həmçinin salmonellyoza görə qeyri sağlam təsərrüfatdan olan yumurta.
10. Germetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər.
11. Termiki emala məruz qalmayan yaşıl noxud.
12. Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar.
13. Ev şəraitində hazırlanmış istənilən qida məhsulu və konservlər.
14. Kremli şirniyyat məmulatları (piroq və tortlar).
16. Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama.
17. Ev şəraitində hazırlanmış qatıq.
18. Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları).
19. Termiki emala məruz qalmayan içkilər və morslar, kvas.
20. Kənd təsərüffatı heyvanlarının xəstəliyinə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd.
21. Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq.
22. Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər.
23. Sirkə, xardal, qıtıqotu,istiotlu bibər və digər ( kəskin ) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar.
24. İstiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr.
25. Təbii kofe, alkoqollu, energetik içkilər.
26. Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar.
27. Qazlaşdırılmış içkilər.
28. Bitki yağları əsasında süd məhsulları və dondurma.
29. Saqqız , çipslər.
30. Tərkibində etanol olan (0,5%-dən artıq) qımız və turş süd məhsulları.
31. Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş ətli və balıqlı yeməklər.
32. Yumurtalı makaronlar, qayğanaq.
33. Çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər.

Məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında istifadə edilməsi üçün tövsiyə olunan əsas qida məhsullarının siyahısı aşağıdakı kimidir: 

Ət və ət məhsulları:
- I kateqoriyalı mal əti
- dana əti
- qoyun ətinin yağsız növləri
- soyudulmuş quş əti
- dovşan əti
- həftədə ən çoxu 1-2 dəfə termiki emaldan sonra uşaq qidası üçün
bişirilmiş sosiskalar, sardelkalar (mal ətindən), kolbasalar;
- kəsmik və kəsmik məmulatları
- acı olmayan pendir növləri (məktəbəqədər uşaq qidası üçün bərk, yarımbərk, yumşaq, ərgin pendirlər)
- xama (10% , 15% yağlılıqda) – termiki emaldan sonra;
- sənaye istehsalı olan turş süd məhsulları; qatıq, kefir, yoqurtlar,
- qaymaq (10% yağlılıqda);
Qida yağları:
- kərə yağı (72.5%, 82,5% yağlılıqda);
- bitki yağı (günəbaxan, qarğadalı, zeytun)- salatlara, veneqretlərə, ikinci xörəklər
Qənnadı məmulatları:
- zefir, pastila, marmelad
- şokolad və şokoladlı konfetlər- həftədə ən çoxu 1 dəfə
-qaletlər, peçenye, krekerlər, vaflilər, pryaniklər, kekslər, şəkər çörək və şəkərbura (minimal miqdarda qida aromatizatorları və boyalar olan məhsulları üstünlük təşkil edir);
- pirojnalar, tortlar ( kremsiz);

- sənaye istehsalı olan cemlər, mürəbbələr, povidlo, bal.
Tərəvəzlər: Təzə tərəvəzlər: kartof, ağ kələm, kök, qırmızı kələm, brüssel və gül kələmi, brokkoli, dəniz kələmi, kök, şəkər çuğunduru, xiyar, pomidor, şirin istiyot, yunan qabağı, badımcan, patisson, göy və baş soğan, cəfəri, şüyüd, kahı, turşəng, ispanaq, kərəviz, qırmızı turp, ağ turp, balqabaq.

SMPDK-nın mətbuat xidmətinin rəhbəri Fazil Talıblı onu da qeyd edib ki, valideyinlərin özləri nəzarətçi qismində çıxış edə bilərlər. Yəni hər bir valideyin övladının gündəlik qidalanması ilə bağlı təhsil müəssisələrindən məlumat alsın. Xüsusilə də bağçalarda az yaşlı uşaqlar olduğu üçün valideyinlər gündəlik təqdim olunan menyu ilə tanış olsun. Əgər narahatçılıq olarsa , bizimlə bir yerdə araşdırmada valideyinlər də iştirak edə bilərlər, deyə o, bildirib. //ANSPRESS

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar