POLİS ÖTƏN GÜN İNTİHAR EDƏN XANIMIN YAXINLARINI AXTARIR (FOTO 16+)
02.01.2015 804 0.0 0
Ötən gün özünü dənizə atan şəxsin fotoşəkili yayılıb.
 
Qazeta.info  xəbər verir ki, Səbail Rayon Prokurorluğunun müstəntiqi Elşən Məmmədovun bildirdiyinə görə, ötən gün Milli Parkda özünü dənizə ataraq intihar edən qadının kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
 
Meyitə ilkin baxış zamanı onun boyu 1 metr 62 sm olduğu məlum olub və əynində qara rəngli xəz, qara palıd rəngli kişi ayaqqabısı, qara uzunqol köynək və boğazından boyunbağıya taxılmış Quran aşkar edilib.
 
Şəkildə olan şəxsi tanıyanlardan Səbail Rayon Polis İdarəsinin növbətçi hissəsinə 437-02-02 və 39-cu Polis bölməsinə 498-02-02 nömrəli telefonlara zəng vurmaları xahiş edilir.//APA

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar