RUSİYA ERMƏNİ AİLƏSİNİ QƏTL ETMƏKDƏ ŞÜBHƏLİ BİLİNƏN HƏRBİÇİNİ ÖZÜ CƏZALANDIRACAQ
13.01.2015 679 0.0 0

 

Gümrüdə bir ailənin qətl etməkdə  şübhəli bilinən Valeri Permyakov Ermənistana təslim edilməyəcək.

Məlumata görə  Ermənistan Respublikasının Baş prokurorluğu belə bir açıqlama yayıb.

Prokurorluğun məlumatında bildirilir ki, "Ermənistan və Rusiya Prokurorluqları Gümrüdə dünən baş verən cinayəti ətraflı şəkildə müzakirə ediblər.  Hər iki tərəf günahkarın qanununla  cəzalandırılması lazım olduğunun bildirsədə şübhəli Valeri Pavloviç Permyakov, Rusiya vətəndaşıdır və Rusiya orqan nümayəndələrinin nəzarətində olduğu üçün Rusiya Federasiyası Konstitusiyası əks olunan  müvafiq qanuna görə  cəzalandırılmalıdır.Permyakovun Erməni məhkəmə orqanlarına təslim olunması mövzusu nəzərdə tutulmur."

Bildirək ki, yanvarın 12-də Gümrü şəhərində Avetisyanlar ailəsi güllələnib. Ölənlər arasında 2 yaşlı körpənin olduğu bildirilir. Daha bir uşaq hazırda reanimasiyadadır. Cinayəti törətməkdə Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov şübhəli bilinir. O, Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb.

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar