PUTİN:İKİNCİ YARDIM KARVANI DƏMİR YOLU İLƏ GEDƏCƏK.
30.08.2014 1509 0.0 0

 

 

Rusiya Dövlət Başçısı Vladimir Putin, Ukraynaya göndərməyi planlaşdırdıqları ikinci yardım karvanını dəmir yolu ilə çatdıracaqlarını bildirib. 

 

 

Rusiya Birinci Kanalına açıqlama verən Putin, 26 Avqustda Minskdə Ukrayna prezidenti Petro Poroşenko ilə reallaşan görüşməsini "çox yaxşı və kifayət qədər açıq" olaraq xarakterizə etdi. Putin, "Petro Alekseyeviç (Poroşenko) dialoq qurula biləcək bir adam. Ancaq təbii ki razılaşdığımız hər şeyin gerçək həyata əks olunmasını istəyirəm" deyib. 

Poroşenko ilə görüşmələrində Ukraynaya göndərilməsi planlaşdırılan yardım karvanını danışdıqlarından danışan  Putin, "O Rusiyanın etdiyi yardımı anlayışla qarşılayır. Bu mövzuda Kiev ilə orta yolu axtarmaq lazım olduğunu düşünürəm. İnsanların ehtiyac duyduğu vəsaitləri dəmir yolu ilə göndərəcəyik. Bu, Poroşenkonun ideyasıdır, mən də qəbul etdim "deyə bildirib. 

Rusiyanın Ukraynaya göndərdiyi 280 yük maşınından ibarət ilk partiya yardım karvanında, 400 ton taxıl, 100 ton şəkər, 62 ton uşaq yeməyi, 54 ton tibbi vəsait və dərman, 12 min yuxu döşəyi və fərqli tutumlarda 69 elektrik istehsal modulu yer almışdı. Rusiyanın "yardım karvanını" adı altında ölkəyə silah göndəriləcəyi narahatlığıyla bir müddət tırları ölkəyə girişinə icazə verilməmişdi. 

Türkiyə mətbuatının bildirdiyinə görə digər tərəfdən, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) sədrlik və İsveçrə xarici işlər naziri Didier BURXALTER, "Rusiyanın Ukraynaya hərbi təchizat və hərbiçi göndərdiyi" iddialarının bütün istiqamətləriylə araşdırılmasını istədi. 

ATƏT -dən edilən yazılı açıqlamaya görə BURXALTER, Ukraynanın şərqindəki hərbi qarşıdurmaların yayılmasından və bölgədəki təzyiqin artmasından "böyük narahatlıq duyduğunu" bildirmişdi. 

Daha sonra ,BURXALTER Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hər kəsin hörmət etməsi və qoruması lazım olduğunu bildirərək, əks cəhdlərin "ATƏT-in və beynəlxalq hüququn təməl prinsiplərinə zidd" olduğunu ifadə edib. 

Minskdə reallaşdırılan görüşdə problemin həlli  və diplomatik yolların uyğulanması səylərinin müzakirəsinin əhəmiyyətini yada salan BURKHALTER, bütün liderləri "sülh və dialoq üçün öhdəliklərini yerinə yetirməyə" dəvət etdi. 

BURXALTER, Üçlü Görüş Qrupunun işlərindən təriflə bəhs edərək, bütün tərəfləri  bu platformadan yaralanaraq, atəşkəs şərtləri yerinə yetirməyə və Rusiya-Ukrayna sərhədinin sabitliyin təmin olunmasına səy göstərməyə çağırıb.


Teqlər:PUTİN:İKİNCİ YARDIM KARVANI DƏMİR Y

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar