Ronaldunun dublu `Real`a PSJ üzərində qələbə qazandırıb, `Liverpul` `Portu`ya 5 qol vurub - VİDEO
15.02.2018 969 0.0 0

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti matçları keçirilib.

Qazeta.info “Report” -a istinadla xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.

Ardıcıl iki mövsüm turnirin qalibi olan “Real Madrid” "Santyaqo Bernabeu" stadionunda favoritlərdən sayılan Fransa təmsilçisi PSJ-ni qəbul edib. Görüş Ronaldunun dublu sayəsində 3:1 hesabı ilə madridlilərin xeyrinə başa çatıb.

Cavab qarşılaşması martın 6-da Parisin "Park de Prens" stadionunda keçiriləcək.

Digər qarşılaşma Portuqaliyanın "Draqau" stadionunda baş tutub. Burada "Liverpul"u qəbul edən yerli "Portu" klubu böyükhesablı məğlubiyyətlə üzləşib.

Qonaqların heyətində mane het-trikə imza atıb.

Komandalar arasında cavab qarşılaşması martın 6-da "Liverpul"un "Enfild" stadionunda keçiriləcək.

Çempionlar Liqası. 1/8 final. 1-ci matçlar

"Real" – PSJ - 3:1

Qollar: 0:1 – Rabio – 33, 1:1 – Ronaldu – 45 (pen), 2:1 – Ronaldu – 83, 3:1 – Marselo – 86

"Portu" – "Liverpul" - 0:5

Qollar: 0:1 – Mane – 25, 0:2 – Salah – 29, 0:3 – Mane – 53, 0:4 – Firmino – 69, 0:5 – Mane – 85


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar