ÇEÇENLƏR ƏSİR DÜŞÜB.
14.08.2014 1479 0.0 0

Ukraynanın "Donbass" batalyonunun döyüşçüsü Yevgeni Şevçenko Qorlovka ərazisində Ukrayna desantçılarının müvəffəqiyyətli əməliyyatından danışıb. 

Məlumata görə, Şevçenko hərbçilərin əməliyyat zamanı ərazidən 46 çeçen muzdlu döyüşçüsünün əsir götürdüyünü bildirib.

"Hazırda Qorlovka bizim qayğıkeş desantların nəzarəti altındadır. Bu günün nəticələri - Qafqaz milliyyətindən olan 46 nəfər könüllü olaraq əsir düşüb. Onlar hamısı Çeçen respublikasının nümayəndələridir", - deyə Şevçenko bildirib.

Xatırladaq ki, Sçastiyanın alınmasından sonra bir çox separatçılar təslim olaraq könüllü əsir düşüblər.

Onların arasında həmçinin Batya ləqəbli "səhra komandiri" də var.//AnsPress


Teqlər:ÇEÇENLƏR ƏSİR DÜŞÜB.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar