Ronaldunun `Mançester Yunayted`lə bağlı gələcək planları məlum olub
19.03.2022 519 0.0 0

İngiltərə "Mançester Yunayted"inin futbolçusu Kriştianu Ronaldu komandanı tərk etmək fikrində deyil.

“The Telegraph” nəşrinə istinadən xəbər verilir ki, "qırmızı şeytanlar" mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməsə belə, hücumçu klubda qalmaq istəyir. Digər tərəfdən, Avropanın top klubları arasında portuqaliyalı oyunçuya tələbat yoxdur, çünki onun maaş tələblərini çox az klub ödəyə bilir.

Qeyd edək ki, Ronaldu bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 18 qol vurub və 3 məhsuldar ötürmə edib. “Mançester Yunayted” 29 matçda 50 xal toplayıb və 2021/2022 mövsümündə İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci yerdədir. İlk pillədə isə 69 xala malik "Mançester Siti" qərarlaşıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar