MASALLIDA MEŞƏ YANIR.
12.08.2014 1637 0.0 0

Dünən saat 16:00 radələrindən Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Qəriblər meşəbəyliyinin 6 A saylı dolayında baş verən yanğın bu saatlara kimi davam edir.

Naməlum səbəblərdən baş vermiş yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hadisə yerinə cəlb olunmuş müvafiq yerli qurumlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələri, yerli sakinlər cəlb edilib.
Yerli sakinlərdən əldə etdilən məlumata görə, yanğın nəticəsində təqribən 30 hektar ərazidə ağac və kol örtüyünə ziyan dəyib.

Hadisə yerinə nazirliyin yanğınsöndürən maşınlarının çıxması mümkünsüz olduğundan yanğının söndürülməsi işinə FHN, ETSN və yerli qurumların 300-ə yaxın canlı qüvvəsi və 2 helikopter cəlb olunub.

Lənkəran, Lerik, Masallı, Cəlilabad Dövlət Yanğından Mühafizə Hissəsinin birgə səylərilə yanğın əhatə dairəsinin genişlənməsinin qarşısının alınması istiqamətində mümkün tədbirlər görülür. Ağır texnikadan istifadə edilir.
Bu gün yanğının söndürülməsinə əlavə qüvvələrin cəlb ediləcəyi deyilir.-//AnsPress


Teqlər:MASALLIDA MEŞƏ YANIR.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar