İRANIN RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRİ BAKIDA OLUB.
06.08.2014 1551 0.0 0

İRANIN RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRİ BAKIDA OLUB.

Azərbaycan Prezidentinin qəbulunda olan Nazir Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Prezident Həsən Ruhaninin Azərbaycanın dövlət başçısı ilə Davosda və Tehranda keçirdiyi görüşləri məmnunluqla xatırladığını bildirib.Bakıda inanılmaz inkişafın şahidi olduğunu və ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğulayan Mahmud Vaezi  Azərbaycanın əldə etdiyi böyük uğurlara görə təbriklər söyləyib.Ölkələrimiz arasında əməkdaşlığın siyasi, iqtisadi, mədəni və digər sahələrdə yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasında müzakirə olunacaq məsələlərin bu əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin ölkəmizə səfərinin də uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, nəqliyyat, neft daşımaları, gəmiqayırma, ticarət, bank sektoru, elm, idman və digər sahələrdə inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib. 


Teqlər:İRANIN RABİTƏ VƏ İNFORMASİYA TEXNOL

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar