ARDNŞ-DƏ FACİƏ
06.11.2014 1642 3.0 0

 

 

N.Nərimanov adına NQCİ-də bədbəxt hadisə baş verib.

Noyabrın 6-da saat 16.00 radələrində “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin ərazisində yerləşən 310 və 312 saylı meydançalar arasındakı təqribən 60 metrlik estakadada uçqun baş vermiş, nəticədə estakadanın üzərindən keçən 250 mm diametlik neft xətti qırılmışdır.
Qəzanın daha böyük miqyas almaması məqsədi ilə NQÇİ-nin ərazidə olan 5 nəfər işçisi 307 saylı meydançaya gedərək oradakı qazpaylayıcı batareyanın siyirtmələrini bağlamış, beləliklə, yanğının və neftin dənizə axma təhlükəsinin qarşısı alınmışdır.Lakin geri dönərkən onların üzərində olduqları qəzalı meydança da uçmuş və onlar dənizə düşmüşlər. Operativ xilasetmə tədbirləri nəticəsində 4 nəfər dənizdən çıxarılmışdır. Onlardan 1 nəfəri dünyasını dəyişmişdir. Dənizə düşməsi ehtimal edilən 1 nəfərin axtarışı  davam edir.Axtarışa 8 gəminin  cəlb olunduğu bildirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar