ƏFVİN İCRASINA BAŞLANILIB
30.12.2014 793 0.0 0

Azərbaycan Respublikası Prezidentinin ötən gün imzaladığı əfv sərəncəmının icrasına başlanılıb. 

Sərəncamın icrası Ədliyyə Nazirliyinin məsul işçilərinin, Penitensiar Xidmət rəhbərliyinin, insan hüquqları üzrə müvəkkilin, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilir.
Cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə müvafiq sənədlər təqdim edilib.

Xatırladaq ki, prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 79 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. 

Üç nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, beş nəfər isə cərimə cəzasından azad olunublar.//ANSPRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar