İSVEÇDƏN SONRA MƏSÇİDLƏRƏ HÜCUM ÇAĞRIŞLARI HOLLANDİYADA BAŞ QALDIRIR
04.01.2015 746 0.0 0

Qeyri Hökumət Təşkilatı Hollandiyada sosial media üzərindən ölkədəki məscidlərə qarşı təxribat xarakterli çağrış edənləri cinayətkar elan edib.
 

 Faslı adlı Qeyri-Hökumət Təşkilatları Hollandiyada prokurorluğundan bənzər formada cinayət tərkibli çağrışları edən cəmiyyətin digər bölmələrinədə cinayət işinin qaldırılmasını  tələb edib.

Qazeta.info AA-ya istinadən bildirir ki, Dövlət ilə Müsəlmanlar Arası Əlaqə orqanı olan (CMO) da Təhlükəsizlik və Ədalət Nazirliyinə yazılı müraciət edərək təhdid çağırışlarına qarşı tədbir alınmasını tələb edib.

Təxribat xarakterli çağırışlarını ciddi qəbul etdiklərini ifadə edən CMO yetkilisi Yassin El Forkani, nazirlikdən alınması lazım olan tədbirlər barədə məlumat istədiklərini açıqladı.

Məscidə gələnlərin təhlükəsizliyinin təmin edilməsi lazım olduğuna işarə edən Əl Forkani, nazirliklə görüşmək istədiklərini də bildirib.

 

Xatırladaq ki, İsveçdəki məscidlərdə baş verən hadisələrdən sonra  Facebook paylaşmalarında bənzər hərəkətlərin Hollandiyada da edilməsi lazım olan fikirlər  yazılmışdı.

Müsəlman əleyhdarı həddindən artıq sağçı Azadlıqlar Partiyası (PVV) dəstəkçilərinə aid olduğu irəli sürülən Facebookdakı səhifəyə yazılan və sonradan silinən şərhlərə, bəzi siyasətçilər də reaksiya göstərib. çıqlamaların qəbul edilə bilməz olduğunu ifadə edən iqtidar partiyalarından biri İşçi Partiyası (PvdA) millət vəkili Əhməd Marcouç, prokurorluğun belə hallarla mübarizə aparmağa cəhd etməsini tələb etmişdi.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar