PUTİNLƏ OBAMA GÖRÜŞƏCƏK
08.11.2014 1370 0.0 0

Obama ilə Putinin qeyri rəsmi görüşünün olacağı təsdiqləndi

Ağ Ev Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Barak Obamanın "Böyük iyirmiliyin" sammitində qeyri rəsmi görüşünün olacağını təsdiqləyib.

Məlumata görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının müşaviri Syuzan Rays açıqlama verib.

"Prezident Obamanın qrafikində Rusiya prezidenti Putinlə rəsmi görüşü nəzərdə tutulmayıb. Amma prezidentlərin qeyri rəsmi görüşü olsa təəccüblənmək lazım deyil", deyə Rays bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl G20-nin sammitində Obama ilə Putinin qeyri rəsmi görüşünün olacağı barədə xəbərlər yayılmışdı.//
ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar