Qohumunun evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlayan qız tutulub-FOTO
21.05.2016 574 0.0 0

Gəncədə qohumunun evindən oğurluq edən qız saxlanılıb.
 
Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə şəhər sakini Səmayə Məmmədova idarəyə müraciət edərək bildirib ki, Yeni Gəncə qəsəbəsində ona məxsus mənzildən 80 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
 
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən S. Məmmədovanın baçısı nəvəsi, Şəmkir rayon Mahmudlu kənd sakini, 1995-ci il təvəllüdlü Həcər Muradova saxlanılıb.
 
O, oğurluq etdiyini etiraf edib və oğurladığı qızıl zinət əşyalarını istintaqa təhvil verib.
 
H. Muradova anasının xəstə olduğunu və ona dərman almaq üçün oğurluq etdiyini bildirib.
 
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq gedir./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar