NAMİZƏDLİYİN İRƏLİ SÜRÜLMƏ MÜDDƏTİ BU GÜN BİTİR
22.11.2014 1295 0.0 0

 

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi müddəti Bu gün saat 18:00-da başa çatır. Qazeta.info bildirir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sədr Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, indiyə qədər 34 140 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb.

MSK sədri qeyd edib ki, namizədliyini irəli sürənlərin 25 387 nəfəri kişi, 8753 nəfəri (34 faiz) isə qadındır: “Namizədliyini irəli sürənlərin 22 min nəfəri ali təhsillidir. İndiyə qədər namizədliyi qeydə alınanların sayı 29 minə yaxındır. Nəzərə alsaq ki, bu seçkilər zamanı 15 035 bələdiyyə üzvü seçilməlidir, deməli, hazırda 1 yerə 2 nəfər namizəd iddialıdır”.//Trend


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar