BİNƏ HADİSƏSİ İLƏ ƏLAQƏDAR DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏLUMAT YAYDI
10.11.2014 1433 0.0 0
Noyabrın 8-də saat 08 radələrində Binə qəsəbəsində baş vermiş etirazla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirir ki, 160-170 nəfər Xəzər rayonunun Binə qəsəbə sakini qəsəbə ərazisindən keçən avtomobil yolunun təmirinin sona çatdırılmamasına etiraz əlaməti olaraq Binə-Hövsan avtomobil yolunu bağlamağa cəhd göstərmişdir. 
 
Cəhdin qarşısı alınarkən onlardan bir qrupu polisin haqlı tələblərinə tabe olmayaraq daş atmış, Post-Patrul Xidməti Bölüyünün əməkdaşları, polis serjantları Xankişi Quliyevə, Elvin Ramazanova, polis kiçik serjantları Samir Bayramova və Zöhrab Hacıyevə xəsarət yetirmiş, "Fiat-Doblo" markalı iki xidməti avtomobilə ziyan vurmuşlar.
 
Hadisənin fəal iştirakçılarından 19 nəfər polisə gətirilmişdir. 4 nəfər - o cümlədən 2 azyaşlı xəbərdarlıq edilərək buraxılmış, 11 nəfər barəsində inzibati həbs tədbiri seçilmiş, 4 nəfər barəsində isə cinayət işi başlanmışdır. 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar