DİNİ LİDERLƏR TƏKFİRÇİLƏRƏ GÖRƏ İRANA YIĞIŞIR-YENİLƏNDİ(FOTOLAR)
23.11.2014 1667 0.0 0

 

Xatırladaq ki, İran İslam Respublikasında təşkil olunan Beynəlxalq tədbirin təşkilatçısı Ayətullah Məkarim Şirazi konfransın  keçirilməsinin iki başlıca məqsəd daşıdığını söyləyib. O, bildirib ki"Əvvəla məqsədimiz məzhəbindən asılı olmayaraq bütün dünyanın İslam alimlərini bir araya toplamaqdır. İkincisi isə, dünyaya sübut etməkdir ki, təkfirçilərin təqdim etdikləri İslam deyil. İslam - məhəbbət və mərhəmət dinidir." 

Daha sonra müxtəlif dövlətlərdən gələn dini liderlərin çıxışlarına yer verilib.

Noyabrın 24-də Şeyxülislam Hacı Allahşükür Paşazadə  beynəlxalq konfransda məruzə ilə çıxış edib.

Müsəlman və qeyri-müsəlman dünyasının bəzi qüvvələr tərəfindən məqsədyönlü şəkildə qarşıdurma vəziyyətinə gətirildiyini söyləyən QMİ sədri bunları qeyd edib ki , “Müasir dünyamızda “Allahu əkbər!” nidası ilə müsəlmanların başı kəsilir, uşaq və yeniyetmələrə qoca və qadınlara rəhm olunmur. Bəşəriyyət böyük təhlükə qarşısındadır və ən qorxulusu da odur ki, İslamın həm xarici, həm də daxili düşmənləri birləşərək dünyanın gözündə islami dəyərləri nüfuzdan salmaq, mənəviyyatımızı əlimizdən almaq istəyirlər”.

QMİ sədri daha sonra  “Biz Azərbaycanın ayrılmaz və əzəli hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, ata-baba yurdlarımızın talan edilərək viran qalmasının, məscidlərimizin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalq kimi İraqdakı qətliamlara, Suriyadakı qardaş qırğınlarına, İŞİD-in hər gün Yaxın Şərqdə törətdiyi rəzalətlərə, Qüdsdəki hərbi cinayətlərə və terror aktlarına laqeyd qala bilmirik. Buna görə də biz ekstremizmlə, terrorla, ideoloji təxribatın mənbəyi olan təkfirçiliklə mübarizədə ən təsirli vasitələrdən birini islami həmrəylikdə və sülhsevər ictimaiyyətin vahid əməkdaşlığında görürük” deyə bildirib.

Qeyd edək ki, səfərdə Şeyxülislam Hacı Allahşükür Paşazadə , QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, QMİ-nin Elmi-Dini Şurasının sədri, Akademik Vasim Məmmədəliyev, QMİ-nin Nəşriyyat şöbəsinin müdir müavini, Video-elektron bölməsinin rəhbəri Elşən Mustafayev, QMİ-nin Fətva şöbəsinin əməkdaşı Mircəfər Əyyubov, QMİ Sədrinin səlahiyyətli nümayəndəsi, "Məşhədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənli və QMİ-nin əməkdaşı Həmid Bağırov müşayiət edib.

                                                                      *****

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfərdədir. 

Qazeta.info Qafqaz Müsəlmanları İdarəsinə istinadən bildirir ki, Şeyxülislam  noyabrın 23-ü və 24-də İranın Qum şəhərində “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda keçirilən Beynəlxalq konfransda iştirak edir.

Qum Elmi Mərkəzində nüfuzlu din xadimi Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin təşkilatçılığı ilə keçirilən və tanınmış İslam alimlərinin iştirak efdiyi mötəbər tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri məruzə ilə çıxış edəcək.

Əlavə olaraq bildirə ki,24 noyabr tarixində  Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə İranın ali dini lideri Ayətullah Əli Xamneyi ilə görüşü planlaşdırılıb


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar