ALMANİYA XARİCİ İŞLƏR NAZİRİ İŞİD HAQDA SENSASİYALI AÇIQLAMA VERİB.
05.09.2014 1497 0.0 0

 

IŞİD-lə əlaqədar sensasiyalı xəbər açıqlayıb. Almaniya xarici işlər naziri Frank Valter Ştanmayer, IŞİD-in bir növbəti hədəfinin açıqlayıb.

 

Onun sözlərinə görə İŞİD bu dəfə  İordaniya və Səudiyyə Ərəbistanını hədəf alacaq. 

İraqdakı IŞİD təhdidini ortadan qaldırmaq üçün Şimali İraqdakı Regional Kürd Rəhbərliyinin silahlı qüvvələrinə Peşmərgəyə silah köməyi etmək qərarı alan Almaniya, terror təşkilatıyla əlaqədar yeni iddialar irəli atıb.

Almaniya xarici işlər naziri Frank Valter Ştanmayer dünən axşam Hamburgda etdiyi çıxışda, IŞİD-in hücumlarının İraq və Suriya ilə məhdud qalmayacağını, qonşu ölkələrə də sıçrayacağını söyləyib. Terror təşkilatı IŞİD-in ideoloji bir ifadəyə sahib olduğuna xüsusi vurğulayan Alman nazir Ştanmayer, xadimlərin bir sonrakı hədəfinin İordaniya və Səudiyyə Ərəbistanı ola biləcəyini ifadə edib. 


 

Alman Der Spiegel jurnalının internet saytında yaimlanan bir xəbərdə də, Pakistan Talibanınin   minlərlə üzvünün  IŞİD-ə qatılmaq üçün can atdığı yazıb.

Xəbərdə, IŞİD-in quracığı "İslam Dövləti" sərhədlərinin Pakistandan İsrailə deyil, Hindistandan İspaniyaya qədər olan bir bölgəni əhatə etdiyi iddia edilir. Almaniya, Peşmərgəyə göndərəcəyi silahların ilk hissəsini də bu gün reallaşdırır."Milan" adlı Tank əleyhinə mərmilərin istifadə qaydaları  üçün isə, Peşmərgə nümayəndələrinə Almaniyada təhsil veriləcək.

Bu arada yuxarıdakı açıqlamaya uyğun olaraq bildirək ki,"Əl-Qaidə" terror təşkilatının lideri Əymən əz-Zəvahiri Cənubi Asiyada yaradılan regional təşkilatın düşmənlərindən olan və  müsəlman azlığın yaşadığı Hindistan  "cihad" edəcəyini bildirib.


Teqlər:ALMANİYA XARİCİ İŞLƏR NAZİRİ İŞİD H

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar