ABŞ XARİCİ İŞLƏR NAZİRİ İSRAİLƏ ÇAĞRIŞ ETDİ.
03.09.2014 1474 0.0 0

 

ABŞ xarici işlər naziri Kerry, İsrail Baş naziri Netanyahuya fələstinlilərə aid 4 min hektar əraziyə sahiblənmək istəyi ilə əlaqədar qərarını ləğv etmə çağırışı edib. 

İsrail dövlət radiosunun xəbərinə görə, ABŞ xarici işlər naziri John Kerry, İsrail Baş naziri Binyamin Netanyahu ilə etdiyi telefon görüşməsində, fələstinlilərə aid 4 min hektar əraziyə  sahiblənmək istəyi ilə əlaqədar qərarından geri addım atmasını tələb edib.

Görüşdə həmçinin Qəzzada təmin olunmuş atəşkəs çərçivəsində müzakirələrin yenidən başlaması mövzusunun da qərara alındığı ifadə edilib. 
Lakin Netanyahunun ofisindən görüşmə ilə bağlı hər hansı bir məlumat  verilməyib.
ABŞ Xarici işlər nazirliyinin sözcüsü Jen Psaki də verdiyi açıqlamada  ABŞ rəhbərliyi olaraq  İsrailin yeni məskunlaşma yerləri inşası ilə əlaqədar fəaliyyətlərinə qarşı olduqlarını uzun müddətdir dilə gətirdiklərini xatırladaraq, İsrail hökumətini bu qərarı ləğv etməyə çağırdıqlarını ifadə etmişdi.

Türkiyə mətbuatının yazdığına görə,İsrail hökumətinin  Qərb  Kordinatorluğundan yayılan açıqlamada  Gush Etzion məskunlaşma vahidi sərhədində olan 4 min hektarlıq ərazinin xəzinəyə keçirildiyi ifadə edilmişdi.


Teqlər:ABŞ XARİCİ İŞLƏR NAZİRİ İSRAİLƏ ÇAĞ

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar