Qazaxıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb, ölənlər var
27.12.2019 500 0.0 0

Qazaxıstanın "Bek Air" şirkətinə məxsus, 95 sərnişinin və heyət üzvünün olduğu təyyarə Alma-Ata hava limanı yaxınlığında qəzaya uğrayıb.

TASS-a istinadən xəbər verilir ki, bu barədə hava limanının "Facebook"dakı səhifəsində bildirilir.

"Bu gün "Bek Air" aviaşirkətinin Alma Ata-Nur Sultan reysi ilə uçan sərnişin təyyarəsi saat 7:05-də (Bakı vaxtı ilə saat 5:05) radarlardan itib. Təyyarədə 95 sərnişin, 5 ekipaj üzvü var. "Bek Air" aviaşirkətinin bortu aerodrom xaricində yerə düşüb. Sağ qalanlar var. Hadisə yerində fövqəladə xidmətlər işləyir", - xəbərdə bildirilir.

Qazaxıstanın Mülki Aviasiyası Komitəsinin məlumatına görə, hadisə zamanı təyyarədə 7 nəfər həlak olub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar