Qanlı hadisələrdən sonra Türkiyə Konstitusiyaya dəyişiklikləri qərarına gəldi
26.07.2016 530 0.0 0

 Türkiyə hökuməti siyasi partiyalarla birgə ölkə Konstitusiyasına dəyişikliklər edilməsi üzərində işləyəcək.
 
“Anadolu” agentliyinə istinadən verilən xəbərə görə, bunu Nazirlər kabinetinin növbədənkənar iclasından sonra Türkiyə baş naziri Binali Yıldırım bəyan edib.
 
“Dövlət başçısının siyasi partiyaların liderləri ilə görüşündə Konstitusiyaya cüzi dəyişikliklər edilməsinə dair qənaətə gəlinib. Bu dəyişikliyin əsaslarını hazırlamaq üçün siyasi partiyalarla birgə çalışacağıq”, deyə baş nazir bildirib
 
Qeyd edək ki, iyulun 25-də Türkiyə  prezidenti  Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli ilə görüşüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar