RUSİYANİN İSRAİLƏ BALİSTİK RAKET ATDIĞI İDDİA OLUNDU.
09.09.2014 1470 0.0 0

 

Bu gün Rusiya Müdafiə Nazirliyi: "Aralıq dənizi hövzəsində yerli saatla 12.31-də balistik raket atıldığını təsbit etdik" deyə açıqlama yayıb. 

 

 

Rusiya Müdafiə Nazirliyi, raketdən müdafiə etmə sistemlərinin Aralıq dənizi hövzəsindən şərq istiqamətinə atılan ballistik raketi təsbit etdiyini bildirib. Nazirliyin Mətbuat və İnformasiya şöbəsinin rəhbəri İqor Konaşenkov  Armavir radar stansiyasının, Aralıq dənizi hövzəsindən yerli saatla 12.31-də balistik mərmi atıldığı haqda açıqlama verdiyi  söylədi. 

Qazeta.info Türkiyə mətbuatına istinadən bildirir ki,İ.Konaşenkov, Stansiyadan izləmə vasitələrinin raketini 40 saniyə müddətlə təqib etdiyini ifadə edib. Raketin uçuş istiqamətinin şərq, təxmini hədəfinin İsrailin Tel Əviv şəhərinin 300 kilometr şimalı olaraq təsbit edildiyini açıqlayan  Konaşenkov, qeyd olunan hadisə ilə əlaqədar  digər detalların araşdırıldığını bildirib.


Teqlər:RUSİYANİN İSRAİLƏ BALİSTİK RAKET AT

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar