ƏRDOĞANDAN MESAJ KİMİ QƏLƏBƏ- 12 İLLİK İQTİDAR,12-Cİ PREZİDENT
11.08.2014 1739 0.0 0

Seçki nəticələri rəsmi olaraq açıqlanmasa da Türkiyədə iri şirkət rəhbərləri Ərdoğana təbriklər göndərməyə başlayıblar.

YSK naziri Sədi Güvən bu gün açıqlama verərək seçki prosesində iştirak edən məsul şəxslərin hamısına təşəkkür edib.YSK naziri seçkinin rəsmi nəticəsinin 15 avqustda açıqlanacağını bildirib. Seçki məntəqələrinin qərarları və etiraz sənədləri bölgə seçki qurumlarına bu gün saat 17:00-a kimi, bölgə seçki qurumlarının isə etirazları ən gec saat 23:59-a qədər qərara əlavə olunacaq deyə bildirib.

Xatırladaq ki, dünən YSK naziri seçkidən sonra da mətbuat konfıransı təşkil edərək lazımı açıqlamar vermişdi.

Türkiyə mətbuatının verdiyi məlumatlarda,YSK naziri Sədi Güvən prezident seçkiləri ilə əlaqədar bildirib ki: "keçici nəticələrə görə 6271saylı Prezident seçki qanununun 4-cü maddəsinə əsasən lazımı qədər keçərli səslərin çoxluğunu Sayın Rəcəb Tayyip Ərdoğanin topladığı başa düşülməkdədir".

Daha sonra o, prezident seçkilərinin bitdiyini bildirərək,11.08.2014 tarixində seçkinin keçici nəticələrinin  açıqlanacağını bildirib. Sistemdən nəticələrin yüzdə 99-unun alındığını bildirən Güvən 55 milyon 189 min seçicinin nəticələrinin sistemə qeyd edildiyini və bu nəticələrin siyasi partiyalara da göndərildiyini bildirib. Güvən daha sonra seçkilərdə qeydiyyata alınmayan seçki qutularının seçici sayının nəticələrə aid edilməyəcəyini bildirib. Sonra nazir prezident seçkilərinin keçici nəticələrinin bu gün elan ediləcəyini bildirib.

Rəsmi olmayan açıqlamalarda Rəcəb Təyyub Ərdoğan öz məmləkəti Rizədən rekord sayılacaq səs toplayıb. Belə ki, o, açılan bütün seçki qutularının 100 də 80.6-sını toplayıb. Lakin Türkiyədəki məlum seçkidə fərqli hadisələr bununla bitmir. Belə ki, bu seçki həm də seçici aktivliyinin aşağı olması ilə də fərqlənib. Məlumatlara görə, təkcə 9 milyon 983 min 130 nəfər seçicisi olan İstanbuldan bu dəfə  2 milyon 718 min 759 nəfər seçkiyə getməyib.Qalan 7 milyon 264 min 371 nəfərin seçici səsi belədir: Rəcəb Təyyub Ərdoğan - 3 milyon 568 min 22 səs, Prezidentliyə namizəd Əkmələddin İhsanoğlu - 2 milyon 941 min 211 səs, Səlahəddin Dəmirdaş isə 650 min 725 səs alıb.

PS.Qısa arayış

Rəcəb Təyyub Ərdoğan 14 Avqust 2001-ci ildə Ədalət və İnkişaf Partiyasını qurmuş və həmin gün Partiya rəhbəri seçilərək liderliyinə başlayıb.Qurulan AKP 3 noyabr 2002-ci ildə Türkiyənin Böyük Millət Məcilisinə seçkilərdə 34.29 % -ni toplayaraq birinci partiya olmuş və rəsmən həmin ildən etibarən 12 ildir ki, Türkiyəni idarə edir.

 


Teqlər:12-Cİ PREZİDENT, ƏRDOĞANDAN MESAJ KİMİ QƏLƏBƏ - 12 İ

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar