Qəbələdə yol qəzasında 4-ü bir ailənin üzvü olmaqla 6 nəfər xəsarət alıb
18.07.2017 736 0.0 0

Qəbələ-İsmayıllı avtomobil yolunda 6 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. 

Məlumata görə, hadisə Qəbələnin Bunud kəndi ərazisində qeydə alınıb. ”KİA” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində Bakı şəhər sakinləri, 2008-ci il təvəllüdlü Dadaşov Kənan Səməd oğlu, 1962-ci il təvəllüdlü Dadaşova Sürəyya Hüseyn qızı, 2013-cü il təvəllüdlü Dadaşov Şahin Səməd oğlu, 1981-ci il təvəllüdlü Dadaşova Ülviyyə Əlövsət qızı, 2003-cü il təvəllüdlü Məmmədli Heyran Rəhman oğlu, Qəbələ rayonu Bum qəsəbə sakini, 1990-cı il təvəllüdlü İsmayılov Şöhrət Cümşüd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar