PAPA FRANSİSK MƏSCİDDƏ DUA ETDİ
30.11.2014 1311 0.0 0

Roma Papası Fransiskin Türkiyə səfəri davam edir.

Qazeta.info Türkiyə mətbuatına istinadən bildirir ki, Papası Fransisk bu gün saat 12.30 radələrində Atatürk Havalımanına eniş edib. Papanı Fənər Rum Patriarxı Bartolomeus, İstanbul valisi Vasif Şahin və İstanbul Təhlükəsizlik Müdiri Səlami Altınok qarşılayıb.

Papa Fransisk, İstanbulda ilk ziyarətini Sultanahməd Məscidinə edib. Məscidi gəzən və dua edən Papaya İstanbul Müftisi Rəhmi Yaran məlumat verib.

Fransisk, 25 dəqiqə davam edən Sultanahmet Məscidi ziyarətindən sonra Ayasofyanı ziyarət edib.

Ayasofya Muzey direktoru Xeyrullah Cingiz və Muzey Başçısı Dos Dr. Haluk Dursun Papaya  lazımı məlumat verib.Sonda muzeydə Papaya  Quran-ı Kərim hədiyyə edilib.

Daha sonra katolik aləminin ruhani lideri Saint Esprit (Müqəddəs Ruh)  Katolik Kilsəsinə gəlib İstanbul Şişli Bələdiyyəsinin Başçısı Vəkil Əmir Sarıgülün də iştirak etdiyi qarşılama mərasimində Papa Fransisk və Bələdiyyə başçısı Vəkil Əmir Sarıgül səmaya sülh göyərcinləri uçurublar.

Xatırladaq ki, oxşar hal 8 il öncə 2006  cı ildə Mustafa Sarıgül və 16 - Benedik arasında baş verib.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar