MSK BƏLƏDİYYƏ SEKİLƏRİ İLƏ BAĞLI İCLAS KEÇİRİB.
26.11.2014 1261 0.0 0

Bu günə qədər bələdiyyə seçkiləri ilə bağlı 37 120 nəfərin namizədliyi qeydə alınıb.

 

Verilən məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov açıqlayıb.

 

İndiyə qədər Azərbaycanda 118 seçki dairəsində yerləşən 1607 bələdiyyədən 1596 bələdiyyə üzrə namizədlərin qeydiyyatı tam başa çatıb. Namizədlərin 25 faizi qadın, 75 faizi kişidir.

 

Qeyd edək ki, namizədlərin qeydiyyatı proseduru noyabrın 29-da başa çatır. 23 dekabr 2014-cü ildə bələdiyyə seçkiləri 118 seçki dairəsi üzrə 1607 bələdiyyə seçkisi keçiriləcək. Bələdiyyə seçkiləri nəticəsində 15035 bələdiyyə üzvü seçiləcək. //APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar