İRAN PREZİDENTİNİN SƏRT AÇIQLAMASI
07.01.2015 938 0.0 0

Müsəlman dünyasının liderləri Suriya, İraq və digər müsəlman ölkələrində hücumların qarşısını almaqda acizdirlər.

ANS TV-nin məlumatına görə, bu sərt bəyanatı İran prezidenti Həsən Ruhani Tehranda 28-ci Beynəlxalq İslam Birliyi Konfransında çıxışı zamanı səsləndirib. Ruhaninin sözlərinə görə, müsəlman ölkələrində hücumları həyata keçirənləri dəstəkləyən bəzi ölkələr var.

“Biz müsəlman dünyasındakı bütün tikililərə və bütün mədəniyyət abidələrinə görə məsuliyyət daşıyırıq. Din, cihad və xilafət adı altında evlər, şəhərlər, abidələr dağıdılır. Bəziləri ağzına su alıb susur. Bəzi ölkələr isə bu hücumları həyata keçirən və heyvandan fərqlənməyən qatilləri pul və silahla təmin edir”, deyə Ruhani bildirib.

Həsən Ruhani həmçinin müsəlman dünyasının liderlərini zorakılığa qarşı ortaq məsuliyyət hiss etməyə çağırıb. Tehranda 28-ci Beynəlxalq İslam Birliyi Konfransı üç gün davam edəcək.//AnsPress

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar