"BP AZƏRBAYCAN" İŞÇİLƏRİN İXTİSARI MƏSƏLƏSİNƏ AYDINLIQ GƏTİRİB
12.12.2014 1078 0.0 0

İlk öncə onu qeyd edək ki, Azərbaycanda iri neft-qaz layihələrinin iştirakçısı olan Britaniyanın BP şirkəti 2015-ci ildə iş yerlərinin məcburi ixtisarı ilə əlaqədar bir milyard dollar vəsait sərf edəcəyi haqda məlumat yayılmışdı.

Xatırladaq ki,  bu barədə "Guardian" BP-nin icraçı direktoru Bob Dadliyə istinadən xəbər yaymışdı.

Onun sözlərinə görə, ixtisarlar BP-nin ABŞ, Azərbaycan və Almaniya nümayəndəliklərində aparılacaq.

B.Dadli ixtisarların özüllərdə çalışan əməkdaşlara şamil edilməsi ehtimalının az olduğunu bildirmişdi.

Məsələ ilə əlaqədar    "BP Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı bildirib ki, “BP-nin Azərbaycanda icraçısı olduğu layihələr uzunmüddətli və çox əhəmiyyətli layihələrdir. BP bu layihələrlə bağlı öhdəliklərinə sadiqdir və onlara əməl etməkdə davam edəcək. Bu layihələr uğurla irəliləyir və bundan sonra da planlara uyğun şəkildə davam edəcək". 

T.Bayatlı daha sonra "Bununla belə, aydındır ki, indiki mühitdə biz rəqabətqabiliyyətliliyimizi daha da artırmaq üçün imkanlara baxırıq, o cümlədən lazımsız mürəkkəblikləri aradan qaldırmaq və səmərəliliyi artırmaq imkanlarını nəzərdən keçiririk. Bu imkanlar əsasən əməliyyat proseslərimizin, təchizat fəaliyyətlərimizin və təşkilatımızın daha sadə və səmərəli olması istiqamətlərindədir. Təbii, bunlar biznes fəliyyətinin tələblərinə uyğundur və bizim daha rəqabətqabiliyyətli olmağımızı təmin edəcək. Bununla belə, əsas diqqətimiz biznesin əsas sahələrindən, əməyin təhlükəsizliyi və obyektlərimizin və əməliyyatlarımızın etibarlılığını təmin etmək məqsədlərindən kənara yayınmayacaq. Bunlar bizim əsas diqqət sahələrimiz olaraq qalacaq. Bu, bizə imkan verəcək ki, təhlükəsiz və etibarlı biznes əməliyyatları aparmaqla yanaşı, biz həm də daha guclü və daha rəqabətqabiliyyətli olaq” deyə qeyd edib //Trend

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar