Putin Yaxın Şərqdən könüllülərin Ukraynada döyüşlərə cəlb edilməsinə razılıq verib
11.03.2022 257 0.0 0

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya könüllülərin cəlb edilməsi ideyasına razılıq verib.

Məlumata görə, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında çıxış edən Putin Ukraynanın qərbli sponsorlarının münaqişədə iştirak üçün muzdlu toplamasını gizlətmədiyini söyləyib.

“Qərb sponsorları” münaqişədə iştirak etmək üçün muzdlular topladığını gizlətmirlər – “onlar bunu beynəlxalq hüququn bütün normalarına məhəl qoymadan açıq şəkildə edirlər”, - Rusiya Prezidenti vurğulayıb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu məruzə ilə çıxış edib. O, Yaxın Şərqdən 16 mindən çox könüllünün döyüşlərə qatılmaq istədiyini söyləyib.

Putin könüllülərin döyüş əməliyyatı keçirilən yerə çatdırılmasına dəstək olacaqlarını əlavə edib.

Şoyqu Ukraynanın ələ keçirilən hərbi qənimətlərinin separatçı Donetsk və Luqansk respublikalarına verilməsini təklif edib. Putin həmin təklifə razılıq verib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar