AZƏRBAYCANIN XARİCİ BORCLARI AÇIQLANDI
18.11.2014 1277 0.0 0

Maliyyə nazirliyi 01 oktyabr 2014-cü il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu barədə məlumat yayıb

Qazeta.info Maliyyə Nazirliyinə istinadən bildirir ki,01 oktyabr 2014-cü il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,380.7 milyon ABŞ dolları (5,005.1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.5 faiz təşkil etdib.
Belə ki,borc vəsaitlərinin 7.4%-i 10 ilə qədər, 61.3%-i 10 ildən 20 ilə qədər, 31.3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunmuşdur.
01 oktyabr 2014-cü il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olmuşdur: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 10.4 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 63.7 faiz, avro – 21.7 faiz, yapon yeni – 2.2 faiz, İslam dinarı – 0.8 faiz, Səudiyyə rialı – 0.5 faiz, BƏƏ dirhəmi – 0.5 faiz, Küveyt dinarı – 0.2 faiz.
Xatırladaq ki, Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf edilmişdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar