Putin 90 yaşlı keçmiş rəisini təbrik etmək üçün onun evinə gedib- FOTO
08.05.2017 1824 0.0 0

Rusiya Prezidenti Vladimir Putin keçmiş rəisi Lazar Matveyevi anadan olmasının 90 illik yubileyi münasibətilə təbrik edib.

Qazeta.info “Report” -a istinadən xəbər verir ki, o, L.Matveyevin evinə qonaq gedib və ona prezident saatı, “Pravda” qəzetinin 1927-ci il buraxılışından bir nüsxəni hədiyyə olaraq təqdim edib.

L.Matveyev keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi yanında o vaxtkı Almaniya Demokratik Respublikasındakı nümayəndəsi olub.

Vladimir Putin 1985-1990-cı illərdə xarici kəşfiyyat xətti ilə Almaniyanın Drezden şəhərində kəşfiyyat məntəqəsində xidmət edib. Rusiyanın indiki prezidenti baş əməliyyatçı vəzifəsindən nümayəndənin, rezident Matveyevin baş köməkçisi vəzifəsinədək yüksəlib.

Qeyd edək ki, keçmiş DTK-nin Almaniya Demokratik Respublikasındakı bütün əməkdaşları Lazar Matveyevə tabe olub. 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar