Obama: «İranla nüvə razılaşmasına əngəl törədilsə, «Hizbullah» raketləri Təl Əvivə istiqamətləndirə bilər»
05.08.2015 580 0.0 0

 “İranla nüvə sazişinə əngəl törədilsə, regionda gərginlik arta bilər. “Hizbullah” isə raketləri Təl Əvivə istiqamətləndirə bilər”.

 “Reuters”ə istinadən verilən xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama Ağ evdə Yəhudi Milli Demokratik Şurasının liderləri ilə görüşü zamanı deyib.
 
Obama İranla “altılıq” ölkələri arasıda əldə edilmiş razılaşmanın iflasa uğrayacağı təqdirdə, dəhşətli fəsadların baş verə biləcəyini deyib. ABŞ prezidentinin sözlərinə görə, belə olan halda terrorizmə dəstək artacaq.
 
İsrail baş naziri Benyamin Netanyahu isə Amerika yəhudilərinə video müraciətində Obama administrasiyası tərəfindən irəli sürülən arqumentlərlə razılaşmadığını dilə gətirib. Onun sözlərinə görə, razılaşma İranın nüvə silahı əldə etmək planlarının qarşısını almaq üçün kifayət deyil.
 
“Mən müharibə istədiyim üçün yox, müharibənin qarşısını almaq istədiyim üçün bu razılaşmanın əleyhinəyəm. Bu razılaşma isə müharibəyə gətirib çıxaracaq”, - deyə Netanyahu əlavə edib.
 
Xatırladaq ki, bu ilin martında ABŞ Konqresində İranla nüvə razılaşmasının əleyhinə çıxış edən B. Netanyahu Ağ evin qəzəbinə tuş gəlib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar