Nazirlik fəaliyyəti dayandırılmış universitetdəki atestatları geri qaytaracaq
30.04.2015 688 0.0 0

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunub təhsili müəyyən səbəblərdən yarımçıq qalmış şəxslərin arxivdə aşkar olunmuş attestatlarının Təhsil Nazirliyi tərəfindən qaytarılmasına başlanılır.


Həmin şəxslərin siyahısı Təhsil Nazirliyinin rəsmi saytında və Facebook səhifəsində yerləşdirilib.
Qeyd olunan siyahıda adı olan şəxslər 4 may 2015-ci il tarixdən Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) zəng edərək, qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə (digər şəxslər etibarnamə əsasında) hər həftənin çərşənbə axşamı və çərşənbə günləri Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edərək, müvafiq sənədlərini geri ala bilərlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar