NATO Kalininqradda yerləşdirilən "İsgəndər" raketlərini təhdid hesab edib
03.04.2017 1753 0.0 0

NATO ölkələri Rusiyaya məxsus “İsgəndər” raket kompleksinin Kalininqrad vilayətində yerləşdirilməsini öz təhlükəsizliklərinə təhdid hesab edirlər.
 
Məlumata görə, bunu alyansın baş katibinin müavini Rouz Qottemüller “Kommersant” qəzetinə müsahibəsində deyib. O bildirib ki, Kalininqrad vilayəti Rusiya ərazisi olsa da, “İsgəndər” komplekslərinin yerləşdirilməsi hərbiləşmə tendensiyasına və hava məkanında nəzarətin gücləndirilməsinə sübutdur: "Rusiya ilə qonşuluqda olan ittifaq üzvləri bunu öz təhlükəsizliklərinə təhdid hesab edirlər”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar