Mühacirətdə olan keçmiş bankir özünü Qazxıstanda müxalifətin və etiraz aksiyalarının lideri olduğunu bildirib
07.01.2022 467 0.0 0

Qazaxıstan Respublikası tərəfindən beynəlxalq axtarışa verilmiş, Ukraynada mühacirətdə olan "BTA Bank"ın keçmiş  rəhbəri Muxtar Ablyazov özünü ölkədə müxalifətin və etiraz aksiyalarının lideri olduğunu açıqlayıb.
Ablyazov bildirib ki, o, Qazaxıstana qayıtmağa və etirazın "düzgün əhatə dairəsinə çatması" şərti ilə "müvəqqəti hökumətə" rəhbərlik etməyə hazırdır.

 

 Rusiya mətbuatının yazdığına görə, M. Ablyazov bunu "Reuters"ə müsahibəsində deyib.

Ablyazov qeyd edib ki, "Almatıda etirazçılar hər gün ondan necə hərəkət etməli olduğunu soruşurlar".  Bankir həmçinin əlavə edib ki, etirazları koordinasiya etmək üçün Qərb ölkələrindən pul almayıb.

Bununla yanaşı, Ablyazov Qərb dövlətlərinə respublikanın Rusiya ilə yaxınlaşmasının qarşısını almaq məqsədilə Qazaxıstanda baş verənlərə müdaxilə etməyə çağırıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar