KANADAYA İŞLƏMƏYƏ GEDƏNLƏRİN SAYI ARTACAQ
02.11.2014 1546 0.0 0

Vətəndaş azlığından illərdir işçi qüvvəsi problemi içində olan Kanadanın 2015-ci ildə 285 min immiqrant qəbul edəcəyi açıqlanıb. 

Kanada Vətəndaşlıq və İmmiqrasiya naziri Kris Aleksandır, mövzuyla əlaqədar etdiyi yazılı açıqlamada, 2015 İllik İmmiqrasiya Planında, bir əvvəlki iş-çi miqdarına  nisbətən artım olacağı bildirilib. Bunun da Kanada tarixindəki ən yüksək rəqəm olacağını açıqlanıb. 

2015 ci il üçün  planlanan rəqəmin, 260 min ilə 285 min arası immiqrant qəbul olunacağı planda olduğunu ifadə edən nazir Aleksandır, "Gələcək il, 181 min 300 adamın iqtisadi, 68 min adamın ailəvi və 29 min 800 adamın da insani çətinliklər səbəbiylə immiqrasiya müraciətləri qəbul ediləcək" ifadəsini istifadə edib.

 Ümumi 279 min 100 olan rəqəmin, il içində yaranacaq ehtiyacla əlaqədar 285 minə çatması nəzərdə tutulur. 

Kanada Vətəndaşlıq və İmmiqrasiya naziri Aleksandır, 2015 Köçəri Planının, iqtisadiyyatda ehtiyac olan iş gücünün təmin edilməsi və ailə qurma məqsədli olduğunu ifadə edərkən, dünyadakı müdafiəsiz əhaliyə kömək məqsədli təminatın da olacağı bildirilib. Nazir Aleksandır, ilk dəfə 1 yanvar 2015 tarixindən etibarən tətbiq olunmağa başlanacaq olan Express Entry (Sürətli Giriş) işçi vizası saytımının də istedadlı immiqrantların ölkəyə çəkmək üçün asanlıq təmin edəcəyini ifadə etdi.


Teqlər:KANADAYA İŞLƏMƏYƏ GEDƏNLƏRİN SAYI A

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar