MN məlumat yaydı-ermənilərin 2 pilotsuz təyyarəsi vuruldu
04.07.2015 527 0.0 0

Qazeta.info Müdafiə Nazirliyinə istinadla qeyd edir ki, iyulun 4-də cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

Əlavə olaraq Qazeta.info bildirir ki, erməni hökuməti  mart ayında uzun müdddətdir gizli olaraq istehsal etdiyi "X-55"  pilotsuz aparatının iki nümunəsi mətbuata təqdim etmişdi.

Xatırladaq ki, yalnız cəsusluq qabiliyyəti olan bu təyyarələrin keyfiyyət baxımından uğurlu alınması o zaman Azərbaycanın hərbi ekspertləri tərəfindən onsuz da şübhə altına alınmışdı.

Bildirək ki, Azərbaycan Müdafiə Nazirliyi yaydığı məlumatda ,  bu aparatların hansı ölkə tərəfindən istehsal edildiyi barədə hər hansı bir məlumata yer ayırmayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar