Müəllimlərin daimiləşdirilməsi üzrə müsahibə mərhələsinə start verilib
04.04.2022 308 0.0 0


Aprelin 4-də müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsinə start verilib.

Qazeta.info Təhsil Nazirliyinin məlumatına istinadla bildirir ki, Bakı şəhəri 39 nömrəli tam orta məktəbdə keçiriləcək müsahibələrə 2033 nəfər dəvət olunub. Bu gün keçirilən müsahibələrdə cari tədris ilində Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, informatika, kimya, riyaziyyat, rus dili və ədəbiyyatı, Azərbaycan dili fənləri üzrə müddətli müqavilə əsasında ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş şəxslər iştirak edəcəklər.

7 aprel tarixinədək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılacaq.

İştirakçılara uğurlar diləyirik!


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar