Fransa İŞİD-in üzərinə döyüş gəmisi ilə gedir
14.01.2015 1054 0.0 0

Parisdəki məlum  hücumla  sarsılan Fransa yeni qərar qəbul edib.

 Fransa prezidenti Olland, təyyarə gəmisi Charles de Gaulledə ordunun yeni ilini təbrik edib.

Beynəlxalq ictimaiyyətin Suriyada zamanında hərəkətə keçməməsinin kədər verici olduğunu ifadə edən Fransa prezidenti Olland, ölkəsinin terrorla mübarizəsinin qətiyyətlə davam edəcəyini qeyd etdib.

Olland, İraqda IŞİD-ə qarşı hava əməliyyatlarının da sıx şəkildə  davam edəcəyini bildirib. Yaxın Şərqdəki proseslərdə döyüş gəmisi Charles de Gaullenin bölgədə olmasının vacibliyini bir daha ortaya qoyduğunu vurğulayan Olland, bu döyüş gəmisi sayəsində Fransanın İraqdakı əməliyyatlarını davam etdirdiyini bildirib.

Qazeta.info tgrtxəbərə istinadən bildirir ki, Fransız ordusunun ehtiyaclarının ödənilməsinə əhəmiyyət verəcəklərini bildirən Olland, '' Müdafiə naziri Jean-Yves Le Driandan müdafiə büdcəsi ilə əlaqədar tələb etdiyi dəyişiklikləri bu həftənin sonuna qədər mənə bildirməsini tələb etdim '' deyə bildirib.

Mövzuyla əlaqədar olaraq Milli Təhlükəsizlik Şurasının növbəti həftə toplayacağını ifadə edən Olland, müdafiə büdcəsi üçün daha əvvəl söz verildiyi kimi orduya 31,4 milyard avro ayrılacağını qeyd edib. Olland, Birləşmiş Millətlər Təşkilatının qərarlarının ardından Fransanın Mərkəzi Afrikadakı birliklərini azaldacağını da qeyd edib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar