ƏRDOĞAN NURÇULARLA YAXINLAŞIR
12.09.2014 1363 0.0 0
 
Son günlərə kimi Fətullah Gülən camaatına yaxınlığı ilə seçilən Türk Sənayeçi İş Adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla münasibətlərin mülayimləşməsi müşahidə olunur.
 
 

Belə ki ,yayılan məlumata görə, Prezident Tayyib Ərdoğan 18 Sentyabrda İstanbulda keçiriləcək TÜSİAB Yüksək Müşavirə Şurası (YMŞ) yığıncağına qatılmağı qəbul edib.

Dəvəti ötən həftə Ərdoğanı ziyarət edən TÜSİAB prezidenti Haluk Dinçer edib. Dinçər  Ankara səfərindən sonra "Hörmətli Ərdoğan ilk çıxışında əlini uzatdı, bu əlin havada qalmaması lazımdır" demişdi. 

TÜSİAB prezidenti Haluk Dinçər bu gün də Baş nazir Əhməd Davudoğlunun ziyarət edib və dəvəti ona da çatdırıb. Baş nazir Davudoğlunun isə işlərində olan sıxlıq  səbəbiylə bu yığıncağa qatılmayacağı bildirilib. Dinçer Davudoğlu ilə görüşmələrində hökumət proqramı üzərində fikir mübadiləsi etdiklərini açıqlayıb.

Dinçer, " Fikirlərimiz hökumət proqramıyla olduqca yüksək nisbətdə uyğunlaşma içindədir. Ancaq önümüzdə doqquz aylıq bir dövr var, təbii olaraq Türkiyənin prioritetlərini həm siyasi sahədə, həm iqtisadi sahədəki prioritetlərini Hörmətli Baş nazir ilə paylaşdıq" deyib. 
 
Prezidenti Rəcəb Tayyib Ərdoğan  baş nazirliyi dövründə TÜSİAB başçıları ilə tez-tez qarşı-qarşıya gəlmişdi. İki tərəf arasındakı gərginlik, Ərdoğanın və nazirlərin TÜSİAB yığıncaqlarına qatılmamasına qədər gəlib çıxmışdı. 
Keçən həftə TÜSİAB prezidenti Dinçer təşkil etdiyi  konfransda Ərdoğanın prezident seçildiyi axşam etdiyi balkon çıxışındakı  yeni bir ictimai uzlaşma müddəti  çağırışına istinad edərək, "Hörmətli Ərdoğan ilk çıxışında əlini uzatdı, bu əlin havada qalmaması lazımdır" demişdi. 
xainlik günahlandırması 
Xatırladaq ki,TÜSİAB - hökumət gərginliyi, Ədalət və İnkişaf  Partiya hökumətinin başa keçdiyi 2002-ci ildən bu yana davam edir.  Ədalət və İnkişaf Partiyanın ilk dövrlərində Ömər Sabancı, daha sonra Ümid Boyner və Məhərrəm Yılmazın TÜSİAB başçılığı dövrlərində bu gərginlik heç bitmək bilməyib. 

Ömər Sabancının başçılığı dövründə hökumətin bütün gördüyü işləri  tənqid etməsi Ərdoğan  hakimiyyətinin özündən çıarırdı, dövrün Baş naziri Rəcəb Tayyib Ərdoğan, 'TÜSİAB iqtisadiyyat ilə əlaqədar təkliflər gətirsin sözləriylə iş adamlarını tənqid etmişdi. 
Ümid Boynerden TÜSİAB başçılığı dövründə, dərnəyin hökumətə istiqamətli mesajları media üzərindən verməsi, hökumətin sərt reaksiyasınıa səbəb olmuşdu. 
Bir əvvəlki TÜSİAB prezidenti Məhərrəm Yılmaz dövründə isə əlaqələr kəskin sərtləşmişdi. Hökumət  "Bu ölkəyə sərmayə gəlməz deyən TÜSİAB prezidenti ölkəyə xəyanət edir" sözləriylə tənqid etmişdi. //Al Jazeera

Əlavə olaraq qeyd edək ki,Azərbaycanda da,

Dövlət dairələri ilə ciddi əlaqələr quran Fətullah Gülən Camaatı  yaxınlığı ilə seçilən bu təşkilat ölkəmizdə fəaliyyət göstərən istədiyi iş adamına yol verir, istəmədiyini isə  sıxışdıraraq sıradan çıxardığı söylənilirdi.
 
 Türkiyədə yolsuzluq əməliyyatından sonra Azərbaycan mətbuatında da ,Fətullah Gülən Camaatı TÜSİAB, İpək yolu kimi təşkilatlarla iş adamlarını bir mərkəzdə saxlaması , buna qarşı çıxanlar isə ölkədən müxtəlif şəkildə “deport” edildiyi haqda məlumatlar yaılmışdı.
Həmin Məlumatlarda  TÜSİAB, Gülən  Camaatın iqtisadi sektorunun toplandığı mərkəzin başı kimi qiymətləndirilirdi. 
Bundan başqa 
 
 
 
 

Teqlər:ƏRDOĞAN NURÇULARLA YAXINLAŞIR

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar