RUSİYADA DOLLAR REKORD HƏDDƏ
15.12.2014 781 0.0 0

Rusiyanın valyuta bazarında dollar həftənin ilk iş günündə 60 rubl aşaraq ən yüksək səviyyəyə çatıb.
 

 

 Rusiyaya tətbiq olunan sanksiyalar və neft qiymətlərindəki enişə əlaqədar olaraq ucuzlaşan rubl, dollar və avro qarşısında dəyər itirməyə davam edir. Moskva Birjasında dollar, yüzdə 1,82 artaraq 60 rublun aşdı. Avro isə bu gün 74,6 rubl səviyyəsində qərar tutdub.

Qazeta.info AA-ya istinadən bildirir ki, Digər tərəfdən, beynəlxalq siyasətdə Rusiyaya istiqamətli yeni sanksiyalar tətbiq xəbərləri Rusiya birjasına mənfi təsir edib. Moskva birjasındaki RTS indeksi axşam saatlarında yüzdə 8,1 dəyər itirərək 734,15 xala düşdü.

Rusya mütəxəssisləri, rublun dəyər itirməsinin Rusiya iqtisadiyyatındakı gözləmələrin düşməsi və neft qiymətləriylə əlaqəli olduğunu bildirir.

Əlavə olaraq Qazeta.info bildirir ki, hazırkı duruma görə 1 Azərbaycan manatı 74.0741 rubla dəyişdirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar