ERMƏNİPƏRƏST KONQRESMEN İSTEFA VERDİ
07.01.2015 1006 0.0 0
Ermənipərəst siyasətçi kimi tanınan ABŞ konqresmeni Maykl Qrimmə qarşı 20-dən çox maddə üzrə cinayət işi açılıb.

 

 “NY Daily News”a istinadən yaydığı xəbərə görə, Konqresin Nümayəndələr Palatasının üzvü M. Qrimm bu səbəblə istefa verib. Prokurorluqdan bildirilib ki, Qrimmin məhkəməsi iyunun 8-də başlayacaq. Onu 24 aydan 30 aya qədər həbs cəzası gözləyir.

 

Konqresmen Qrimm ABŞ qanunverici orqanına seçilməzdən öncə 2006-2010 illərdə biznes fəaliyyəti ilə məşğul olub. 28 aprel 2014-cü il tarixində Nyu-Yorkda ABŞ federal qurumları tərəfindən M. Qrimmə qarşı 20-dən çox maddə üzrə cinayət işi qaldırılıb. Konqresmenə qarşı qaldırılmış ittihamlar çərçivəsində vergidən yayınma üçün saxta sənədləşdirmənin aparılması, sığorta sənədlərinin qeyri-qanuni şəkildə dəyişdirilməsi, vaxtilə ona məxsus olmuş restoranda qeyri-leqal  immiqrantların işlədilməsi, yalan ifadə vermək və digər ittihamlar yer alır. 23 dekabr 2014-cü il tarixində Bruklin məhkəməsi ittiham aktında əks olunan məsələlərdən biri – vergidən yayınma məsələsi ilə bağlı M. Qrimmin günahkar olduğunu təsdiq edib. Məhz bundan sonra 2014-cü il seçkilərində 11-ci Nyu-York dairəsində inamlı qələbəsinə və yenidən Konqresə seçilməsinə baxmayaraq, M. Qrimm istefa verməyə məcbur olub.

 

Qeyd edək ki, M. Qrimm ABŞ Konqresində erməni məsələləri üzrə işçi qrupun həmsədrlərindən biri olub, erməni lobbi təşkilatlarının və onlara yaxın dairələrin dəstəyi ilə Azərbaycanın maraqlarına qarşı fəal iş aparıb. O, ABŞ administrasiyası tərəfindən Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə yardımı ayrılması üçün aktiv şəkildə çağırış edən qanunverici orqan mənsublarından biri kimi tanınıb.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar