AVTOMOBİLLƏRİN TEXNİKİ BAXIŞ QAYDALARI DƏYİŞDİ-PREZİDENT FƏRMAN VERDİ
10.01.2015 1143 0.0 0

Qazeta.info bildirir ki,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlayıb və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi tapşırılıb.

Qərarda, avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatı və təkrar dövlət qeydiyyatı, həmçinin avtonəqliyyat vasitələrinə dövlət texniki baxışı zamanı aidiyyəti dövlət orqanlarının yol vergisinin ödənilməsi barədə sənədi tələb etməsinin həmin Qanun qüvvəyə mindiyi gündən dayandırılmasını təmin olunması tələb olunub.

Daha sonra ,aidiyyəti dövlət orqanları ilə birlikdə, bu Qanunla təsdiq edilmiş yeni vergi dərəcələrinə uyğun olaraq, 2015-ci il dövlət büdcəsinin gəlirlərinin artırılması üçün zəruri tədbirlər görsün və hər rüb dövlət büdcəsinə vergi növləri üzrə əlavə daxilolmaların vəziyyəti və həmin qanundan irəli gələn digər məsələlərin həll olunaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi öz əksini tapıb.


Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsi qeyd olunub.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar