TERROR TƏŞKİLATI TERRORU KƏSKİN PİSLƏDİ
22.12.2014 703 0.0 0

“Əl Qaidə” təşkilatı İŞİD terror qruplaşmasına beyət etmiş Pakistan taliblərinin Peşavərdə məktəbdə törətdiyi terror aktını kəskin pisləyib.

Məlumata görə, “əl Qaidə” terror təşkilatının hind cəbhəsi bu məqsədlə bəyanat yayıb. 

“Ürəyimiz günahsız uşaqların ölməsinə görə kədər içindədir. Pakistan ordusunun ABŞ-la əməkdaşlıq edərək xoşagəlməz işlər gördüyü, müsəlmanlara zülm etdiyi doğrudur. Amma buna görə müsəlmanların və onların günahsız övladlarının hədəfə götürülməsi doğru deyil. 130-dan çox uşağın öldürülməsi xəbərini eşitdik. Hücumun məqsədi uşaqların öldürülməsi olub. Bu o deməkdir ki, hədəf, mülki itkilərin az olma ehtimalı olan hər hansı bir hərbi sahə olmayıb. Yəni bu məktəb hərbi təlim verilməyən, döyüşçü olmayan adi uşaqların oxuduğu, Pakistan ordu mənsublarının övladlarının məktəbi idi...”. //
 ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar