XARİCİ İŞLƏR NAZİRLİYİ "YAHOO TRAVEL" -Ə ETRAZ BİLDİRDİ
05.12.2014 1172 0.0 0

Oxucularını aralarında Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ ərazisinin də olduğu tanınmamış ölkələrə turizm turlarına dəvət edən "Yahoo travel" portalı beynəlxalq hüququ pozur. Bunu cümə günü Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın ABŞ-dakı səfirliyinə bu məsələni araşdırmaq və müvafiq tədbirlər görmək tapşırılıb.

Qeyd edək ki, "Yahoo travel" portalında Dağlıq Qarabağın müstəqil qurum kimi təqdim olunduğu material yerləşdirilib. Materialda ora yalnız Ermənistan ərazisi ilə getmək tövsiyə olunur./Trend


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar